Prezident: Zəlzələ nəticəsində dağılmış bütün evlər qısa müddət ərzində yenidən tikiləcək

15:56 | 07.03.2019
Prezident: Zəlzələ nəticəsində dağılmış bütün evlər qısa müddət ərzində yenidən tikiləcək

Prezident: Zəlzələ nəticəsində dağılmış bütün evlər qısa müddət ərzində yenidən tikiləcək

Ağsuda zəlzələ nəticəsində dağılmış bütün evlər qısa müddət ərzində yenidən tikiləcək, qəzalı evlər əsaslı şəkildə təmir olunacaq.

Bunu Prezident İlham Əliyev martın 6-da Ağsuya səfəri zamanı rayon sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Ağsuda baş vermiş zəlzələ ilə əlaqədar müvafiq göstərişlər verilib:

"Dağılmış evlərin yerində artıq bu gün yeniləri tikilir. Bütün dağılmış evlər qısa müddət ərzində yenidən tikiləcək, qəzalı evlər əsaslı şəkildə təmir olunacaq. Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim və sizinlə görüşüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim".

İlham Əliyev bildirib ki, vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb