Prezİdentdən bu nazirliklərlə bağlı fərman

21:18 | 17.09.2018
Prezİdentdən bu nazirliklərlə bağlı fərman

Prezİdentdən bu nazirliklərlə bağlı fərman

Prezident İlham Əliyev Azərbaycan Səhiyyə Nazirliyi ilə Serbiya Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2018-ci il mayın 21-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Unikal.org xəbər verir ki, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya hökumətinə bildiriş göndərmək tapşırılıb.

Bundan başqa, dövlət başçısı Azərbaycan Ədliyyə Nazirliyi ilə Serbiya Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında 2018-ci il mayın 21-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb