"Hər bir dövlət qulluqçusunun qarşısında vəzifə qoyulub ki, vətəndaşlar arasında olsunlar. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərlərində, o cümlədən Şamaxı və Ağsuda zəlzələdən zərər çəkmiş insanların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir”.
"Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib.
"Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq”.
Zeynal Nağdəliyev əlavə edib ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !