PSJ çempionluğunu bu gün rəsmiləşdirə bilər

11:00 | 13.03.2016
PSJ çempionluğunu bu gün rəsmiləşdirə bilər

PSJ çempionluğunu bu gün rəsmiləşdirə bilər

Fransa Liqa 1-nin 30-cu turuna start verilib. ANS PRESS-in məlumatına görə, turun açılış matçında "Monako" ilə "Reyms" üz-üzə gəlib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Monakoda qeydə alınan nəticə PSJ-nin ardıcıl 4-cü çempionluğa daşıya bilər. Bu gün Paris təmsilçisi səfərdə "Trua"nın qonağı olacaq. Zlatan İbrahimoviçinçıxış etdiyi komanda meydanı qələbə ilə tərk edəcəyi halda növbəti çempionluğunu rəsmiləşdirə bilər.


PSJ matçdan qələbə ilə ayrılsa, xallarının sayını 77-ə yüksəldəcək. Bu zaman 52 xalı olan "Monako" ilə PSJ arasında 25 xallıq fərq olacaq. Bu isə mövsümün başa çatmasına 8 tur qalmış Loran Blanın komandasının erkən çempionluğu deməkdir.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM