Putin Arktikanı belə ələ keçirəcək

18:30 | 08.08.2015
Putin Arktikanı belə ələ keçirəcək

Putin Arktikanı belə ələ keçirəcək

Şimal ordusuna qar skuterlərinin verilməsi Birləşmiş Ştatları narahat edir

Rusiyanın Arktikanı ələ keçirmək planları qərb kütləvi informasiya vasitələrini narahat edir.

ANS PRESS-in məlumatına görə, bununla əlaqədar "The Week” nəşri "Rusiya hərbçiləri qar skuteri ilə silahlandırır- bu Şimal qütbünü zəbt etmək üçündür?” məqaləsini çap edib.

Robert Bekxusenin məqaləsində söhbət hərbi hava-desantları ordusunun komandanı Vladimir Şamanovun ilin əvvəlində Rıbinskə səfərindən gedir.

Səfər çərçivəsində Hərbi-hava desantları rəhbəri silahlı qüvvələrlə müqaviləsi olan "Rus mexanikası” şirkətinin təqdim etdiyi qar skuterlərinə maraq göstərib. O qar skuterlərinin desantlara adaptə olunması üçün təlimatlar verib.


"Rus mexanikası” şirkətinin internet səhifəsi bu şəkillə açılır. "Tayqa 551” 357 min rubla (5854 AZN) təqdim olunur və Rusiya ordusu silahlandırılmasına daxil olduğu qeyd olunur

Bəs, ordunu qar skuterləri ilə silahlandırmanın nə mənası var, axı tundrada heç bir müharibə baş vermir?- deyə jurnalist sual verir. Əgər bu "Rus mexanikası” şirkətində iş yelərinin olması üçün deyilsə, onda Rusiyanın Arktika ərazilərinə olan marağı ilə əlaqədardır.


Rusiya hərbi hava desantları

"Tayqa 551” isə əsl hərbi maşındır. Maşın gülləkeçirməz çənlə təchiz olunub. Bu vertolyotlarda olduğu kimidir, maşın atəşə tutulduqda yığılmağa başlayır, xüsus soyuducu sistem isə istiləşmə zamanı mühərrikin qızmağına imkan vermir. Maşınlara bombaatan və avtomat da bərkitmək mümkündür. Bu qar skuterləri sürücünün donmasına da imkan vermir. Bunun üçün tutacaqların isidilməsi sitemi mövcuddur. Skuter 100 kilometr saat sürətlə gedə bilir. 


"Tayqa 551”

Mart ayında Rusiya prezidenti Vladimir Putin Arktikada ordu, donanma, hərbi-desant ordusunun iştrakı ilə təlimlər üçün gödsəriş verib. Aprel ayının 1-də isə NATO rus təyyarələrinin tapılmasını mükəmməlləşdirmək üçün Arktikaya aviasiya göndərir. Müəllifin sözlərinə görə bu o deməkdir ki, şimal uğrunda müharibələr göydə və dənizdə olacaq. Quru ərazilərdə hərbi əməliyyatlardan isə hələ ki, söz demək çətindir.


Rusiyanın iddia etdiyi Arktika ərazisi xəritədə sarı rənglə qeyd olunub

Avqustun 5-i Rusiya sahildən 650 kilometr uzanan Arktik dəniz şelfində 1,2 milyon kvadrat km. əraziyə rəsmi iddia ilə bağlı ərizəsini yenidən BMT-yə təqdim edib. Təqdim olunan ərizəyə payızda baxılacağı gözlənir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb