Putin bir də Obamaya zəng etməyəcək

12:41 | 26.04.2014
Putin bir də Obamaya zəng etməyəcək

Putin bir də Obamaya zəng etməyəcək

Rusiya prezidenti Vladimir Putin ABŞ-lı həmkarı Barak Obama ilə diplomatik münasibətləri dayandırıb. 
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ mətbuatı yazır. Xəbərə görə, V.Putin B.Obama ilə telefon danışığında Ukrayna məsələsini müzakirə edərkən bildirib ki, iki ölkə arasındakı qarşılıqlı münasibətlərə son qoyulmalıdır.
Rusiya mətbuatının diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, Putin Ukrayna ilə bağlı irəli sürülən indiki şərtlər altında Obama ilə danışıqlara getməkdə maraqlı deyil. Bundan sonra prezidentlər arasında Ukrayna münaqişəsinin əvvəlində olduğu kimi birbaşa danışıqlar həyata keçirilməyəcək.
“Müasir İnkişaf İnstitutunun rəhbəri, Rusiya baş naziri Dmitri Medvedevin yaxın silahdaşı İqor Yurqens isə bildirib ki, Putin təzyiq altında Obama ilə danışıqlara getməyəcək. Onun sözlərinə görə, iki prezident arasında diplomatik münasibətləri birdəfəlik dayandırılmayıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb