Kremlin mətbuat katibi Dmitri Peskov bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinin Bakıda keçiriləcək COP29 zirvəsinə mümkün gəlişi ilə bağlı suala cavab olaraq bildirib ki, "bu barədə qərar hələ qəbul edilməyib, lakin Rusiya mütləq (hər hansı səviyyədə) təmsil olunacaq".
"Hələ ki, qərar qəbul edilməyib. Rusiya, əlbəttə ki, təmsil olunacaq", - Peskov müvafiq suala cavabında bildirib.
Azərbaycan Prezidenti köməkçisi Anar Ələkbərov haqqin.az-ın Vladimir Putinin noyabrın 12-də Bakıda keçiriləcək COP29 liderlər sammitində mümkün iştirakına dair sualına cavab olaraq bildirib ki, bu məlumatı nə təsdiq, nə də təkzib edə bilər.
Bununla yanaşı, Ələkbərov haqqin.az-la söhbətində bildirib ki, sammitdə 47 dövlət və hökumət başçısının iştirakı gözlənilir.
Azərbaycan Prezidentinin köməkçisi sammitdə Avropa liderlərinin gəlişi və iştirakı gözlənilib-gözlənilməməsi sualına cavab olaraq bildirib ki, bir çox Avropa dövlətlərinin liderləri tədbirdə iştiraklarını təsdiq ediblər.
N.Təbrizli
www.anews.az