Putin: “Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasını tezliklə təsdiqləmək vacibdir”

19:28 | 02.06.2014
Putin: “Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasını tezliklə təsdiqləmək vacibdir”

Putin: “Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasını tezliklə təsdiqləmək vacibdir”

“Hesab edirik ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin reallaşmasından qısa müddət sonra onun tamhüquqlu iştirakçısı olacaq”.APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasını tezliklə təsdiqləmək və bu barədə sənədi imzalamaq vacibdir. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan Avrasiya Ali İqtisadi Şurasının iclasında ölkəsinin iyunun 15-nə qədər bu birliyə qoşulması haqda müqavilənin imzalanmasını təklif edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM