Putin II Dünya müharibəsi ilə bağlı tədbirə çağırılmadı

09:42 | 25.03.2019
Putin II Dünya müharibəsi ilə bağlı tədbirə çağırılmadı

Putin II Dünya müharibəsi ilə bağlı tədbirə çağırılmadı

Polşada II Dünya müharibəsinin 80 illiyi ilə bağlı bu ilin sentyabrında tədbir keçiriləcək.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, diqqət çəkən məqam sözügedən tədbirə Rusiya Prezidenti Vladimir Putinin dəvət edilməməsi olub.

Polşa Prezidentinin müşaviri Pavel Muxa Putinin niyə dəvət edilməməsinə aydınlıq gətirib. O qeyd edib ki, tədbirə yalnız Avropa Birliyi və "Şərq Əməkdaşlığı”nın üzvləri dəvət edilib. Ona görə də Belarus Prezidenti Aleksandr Lukaşenko dəvət edilib, Putin isə yox:

"Biz tarixi yolla getmirik, bütün dövlətləri dəvət etmirik. Məsələn, biz Yaponiyanı da dəvət etmədik”.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Polşanın sözügedən qərarını tarixin saxtalaşdırılması adlandırıb və bu qərarın hazırki Polşa hakimiyyətinin vicdanına yazıldığını bəyan edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb