Putin meydan oxudu: "Bizimlə baş-başa gəlməyin!"

23:10 | 29.08.2014
Putin meydan oxudu: "Bizimlə baş-başa gəlməyin!"

Putin meydan oxudu: "Bizimlə baş-başa gəlməyin!"

Rusiya Federasiyasının hansısa münaqişəyə qoşulmaq və ona hazırlaşmaq kimi bir niyyəti yoxdur, lakin o, istənilən təcavüzü dəf etməyə həmişə hazırdır.Gün.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Vladimir Putin bildirib.Bununla yanaşı o hesab edir ki, hazırda Rusiya ilə hər hansı bir münaqişəyə girmək heç kimin ağlından belə keçmir."Rusiya hansısa irimiqyaslı münaqişələrdə iştirak etmək fikrindən uzaqdır. Biz bunu istəmirik, bunu etməyə hazırlaşmırıq", - deyə Putin bildirib.O həmçinin xatırladıb ki, Rusiya ən güclü nüvə dövlətlərindən biridir."Təbii ki, biz Rusiyaya qarşı istənilən təcavüzü dəf etməyə həmişə hazır olmuşuq, bizim tərəfdaşlarımız onların dövlətlərinin hansı vəziyyətdə olması və hansı xarici siyasi konsepsiyanı tutmasından asılı olmayaraq həmişə dərk etməlidirlər ki, bizimlə yaxşı olar ki, baş-başa gəlməsinlər hellip;! Düşünürəm ki, bu gün Rusiya ilə irimiqyaslı münaqişəyə girmək heç kimin ağlından belə keçmir", - deyə o əlavə edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb