Putin müsəlmanları təbrik etdi

15:04 | 12.09.2016
Putin müsəlmanları təbrik etdi

Putin müsəlmanları təbrik etdi

Rusiya prezidenti Vladimir Putin müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik edib.

Bu barədə "Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

"Əsrlər boyu bu bayram insanların yaxınlaşmasına, İslamın əbədi dəyərlərinə, adət-ənənələrə hörmət aşılayır", - təbrikdə deyilir.

Rusiya prezidenti vurğulayıb ki, müsəlman icması ölkənin həyatında, gənc nəslin tərbiyəsində, dinlərarası münasibətlərin və millətlərarası dialoqun inkişafında aktiv iştirak edir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM