Putin qırıcılarını Suriyaya göndərdi – Fotolar

11:04 | 01.02.2016
Putin qırıcılarını Suriyaya göndərdi – Fotolar

Putin qırıcılarını Suriyaya göndərdi – Fotolar

Rusiya Suriyada yerləşən Hmeymim aviabazasına dörd yeni "Su-35C” qırıcısı yerləşdirib.

Oxu.Az xəbər verir ki, bu barədə fevralın 1-də "komersant” əməliyyat hərbi idarəsi orqanlarındakı mənbəsinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, bir neçə gün öncə Həştərxandan bir neçə "Su-35C” qırıcısı səmaya qalxıb və Xəzər dənizindən, İran və İraqın hava məkanını keçərək Suriyaya uçub.

Bu qırıcılar 2015-ci ilin payızında Rusiyanın Hava-kosmik qüvvələrinin silahlanmasına daxil olub və ilkin olaraq Şərqi dairənin HHQ və HIM 11-ci ordusunun 303-cü aviasiya diviziyasının 23-cü qırıcı aviasiya alayının tərkibinə daxil idi, daha sonra Həştərxan yaxınlığında Privoljsk aerodromuna yerləşdirilib.

Qəzetin verdiyi məlumata görə, indi Hmeymim aviabazasında Rusiyanın Hava-kosmik aviaqrupunun tərkibinə 70 təyyarə və helikopter daxildir.

"Komersant”ın məlumatını şəbəkədə yayılan və yanvar ayının 30-da "Tu-154M” təyyarəsinin göyərtəsindən çəkilən şəkillər də təsdiqləyib. Bu şəkillərdə "03”, "04”, "05 və "06” nömrələri olan "Su-35C” təyyarələri əks olunub.

Bununla yanaşı qırıcıların qanadlarında radioelektron mübarizənin aktiv asılma "Hibina -M” kompleks konteynerləri görünür.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb