Putin Təhlükəsizlik Şurasını çağırdı - YENİLƏNİB

17:54 | 08.04.2016
Putin Təhlükəsizlik Şurasını çağırdı - YENİLƏNİB

Putin Təhlükəsizlik Şurasını çağırdı - YENİLƏNİB

Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasında Dağlıq Qarabağda münaqişənin tənzimlənməsini Rusiya tərəfinin səyləri kontekstində və Rusiya Milli Qvardiyasının yaradılması prosesini müzakirə edib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"İclas zamanı bu günlərdə Rusiya tərəfindən atılan addımlar kontekstində Ermənistan-Azərbaycan münaqişəsinin ətrafında tənzimlənmə mövzusu müzakirə edilib”, - Peskov bildirib.

14:37

Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirəcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçiriləcək”, - Peskov deyib.

Bundan başqa, Putin bu gün beynəlxalq söhbət keçirəcək, söhbət haqqında əlavə olaraq məlumat veriləcək, o əlavə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb