Putin Türkiyəyə başsağlığı verdi

10:25 | 14.03.2016
Putin Türkiyəyə başsağlığı verdi

Putin Türkiyəyə başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin Ankarada baş vermiş terror aktı ilə bağlı Türkiyə xalqına başsağlığı verib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.  

O, Rusiya prezidentinin bu gün Ankarada baş vermiş terror aktını qınadığını söyləyib: "Vladimir Putin qəti şəkildə Ankaradakı terror aktını pisləyir. Çox sayda insanların həyatını itirməsi və terror hücümuna mərzu qalan Türkiyə xalqı ilə birlikdə kədərlənir. Rusiya prezidenti terror aktında yaxınlarını və doğmalarını itirmiş hər kəsə dərin hüznlə başsağlığı verir, yaralıların tez bir zamanda sağlamlıqlarına qovuşmasını arzulayır",- deyə Kremlin mətbat xidmətinin rəhbəri bildirib.

Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyə paytaxtı Ankarada baş vermiş partlayış nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb