Putin yenidən prezident seçilib - Yenilənib

09:40 | 18.03.2024
Putin yenidən prezident seçilib - Yenilənib

Putin yenidən prezident seçilib - Yenilənib

Rusiyada baş tutmuş prezident seçkisində bülletenlərin 99,43 faizi hesablanıb. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat verib.
Nəticələr görə, Vladimir Putin 87,32 faiz səslə liderdir.

 
 
 
17 mart 23:22
Rusiyada keçirilən prezident seçkilərində təşkil olunan "exit-poll" nəticələri açıqlanıb.
 
Rusiya MSK-nın məlumatına görə,namizədliyi özü tərəfindən irəli sürülən Vladimir Putin 87%-dən çox səs toplayıb.
 
Digər namizədlərdən Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası) - 4,6%, Leonid Slutski (LDPR) - 3,0%, Vladislav Davankov (Yeni insanlar) -  2,5% səs qazanıb.
 
Rusiya Mərkəzi Seçki Komissiyası bülletenlərin 24,4%-nin hesablanmasından sonra bildirib ki, Vladimir Putin 87,97% səslə qalibdir.
 
Bu nəticələrə əsasən Putin yenidən Rusiyanın prezidenti seçilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM