Putinin cavabı Ərdoğanı güldürdü

17:56 | 22.11.2013
Putinin cavabı Ərdoğanı güldürdü

Putinin cavabı Ərdoğanı güldürdü

Jurnalistin Türkiyə baş naziri Ərdoğana ünvanladığı suala Putin maraqlı cavab verib. 

ANS PRESS-in "TRT haber" kanalına istinadən verdiyi məlumata görə, jurnalistin Ərdoğana Türkiyəyə qayıdanda Gizəm Akhanı özünüzlə aparacaqsınızmı sualına Putin gülümsəyərək cavab verib: 

"Ərdoğan Sankt-Peterburqda xanımı ilə gəlib. Bu necə sualdı soruşursuzunuz? Bildiyim qədəri ilə baş nazir xanımı ilə Ermitaj müzeyini gəzəcək".

Putinin bu ifadələrindən sonra Ərdoğan və konfrans iştirakçıları xeyli gülüb. Türkiyə baş naziri Putinin sözlərini təsdiqləyərək xanımı ilə Ermitaj müzeyini gəzəcəklərini bildirib.

Xatırladaq ki, Türkiyə vətəndaşı Gizəm Akhan Rusiyada keçirilən qanunsuz “Greenpeace” aksiyasında iştirak etdiyi üçün 2 aydır rus polislər tərəfindən saxlanılıb. Daha əvvəl Murmansk şəhərində təcridxanada olan Akhan daha sonra Sankt Peterburq şəhərinə köçürülüb. Bu gün məhkəməsi keçirilən Gizəm Akhan sərbəst buraxılsa da məhkəmə prosesi dəvam edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb