Putinin davranışı erməniləri özündən çıxardı - Narazılıq

18:34 | 11.12.2014
Putinin davranışı erməniləri özündən çıxardı - Narazılıq

Putinin davranışı erməniləri özündən çıxardı - Narazılıq

Rusiya prezidentinin Özbəkistan səfəri erməniləri qıcıqlandırıb

Rusiya prezidenti Vladimir Putinin Özbəkistana səfəri Ermənistanda böyük narazılıqla qarşılanıb.

ANS PRESS-in məlumatına görə, Putinin özbəklərlə milyard dollar borcunu silməsi və daha milyard dollarlıq silah razılaşması imzalaması erməniləri özündən çıxarıb. Ermənistan mətbuatı Putini Rusiyanın pula kəskin ehtiyacı olan dövrdə borcları belə əliaçıqlıqla bağışlamasını həzm edə bilmirlər.

"Rusiyanın pula ehtiyacı var. Ancaq Putin Ermənistandan başqa hamının borcunu silir", - deyə yazıda bildirilir. Ermənistan mətbuatı Rusiyanı 100 milyon borc müqabilində Ermənistandakı sənaye müəssilərini ələ keçirərək iflic vəziyyətə salmaqda ittiham edib.

Erməni mətbuatı bir daha hökumətin Avrasiya Gömrük İttifaqına daxil olmaqla böyük səhvə yol verdiyini xüsusi vurğulayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb