Putinin Türkiyəyə getməyə vaxtı yoxdur

19:45 | 20.05.2016
Putinin Türkiyəyə getməyə vaxtı yoxdur

Putinin Türkiyəyə getməyə vaxtı yoxdur

"Rusiya digər səviyyədə təmsil olunacaq”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin BMT-nin 23-24 may tarixlərində İstanbulda keçiriləcək humanitar sammitində iştirakdan imtina etməsinin səbəblərindən danışıb.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Peskov prezidentin iş cədvəlində bu səfərin nəzərdə tutulmadığını bildirib.

"Təəssüf ki, cədvəldə bu səfər üçün yer yoxdur. Rusiya digər səviyyədə təmsil olunacaq”, - o deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb