Qadınların əsirliyində

10:26 | 10.03.2015
Qadınların əsirliyində

Qadınların əsirliyində

Mark Verxovski

Biz kişilər 8 martın Beynəlxalq Qadınlar günü olmasına inanmaqda yanılırq! Qadınlar bunu bizdən (kişilərdən) daha əvvəl anlamışdılar.
   
   
Əgər dərin düşünsək, (ki kişilər dərin düşünmür!) o zaman görəcəyik ki, bu bayram əslində kişilərin bayramıdır.
 
Bu günün ilk hipostası – həmin gün kişilər heç bir məhdudiyyət olmadan içir, çünki qadınlar buna imkan verir.

İkinci – Bu gün kişilərə, qadınlar üçün pul xərcləməyə tam icazə verilir.

Üçüncü – Günün ikinci yarısı, bizə daha çox şeyə imkan verilir!

İndi siz deyin görüm, bu gün kimin bayramıdır?

 Bundan əlavə, yuxarıda sadaladığımız səbəblərdən dolayı, praktik olaraq bu gün qadınların heç birinə lazım deyil. Axı, onlar istənilən gün hədiyyə ala bilir- biz hər zaman buna hazır durumdayıq. Bu anda sual doğur: bu yaxşılığın səbəbi nədir?  

Bunun üçün biz dünyanın ilk yarandığı günə qayıtmalıyıq.

Allahın kişini  gildən yaratmasını, onun gil təfəkkürlü olması sübut edir. Amma qadının Adəmin qabırğasından yaradılmasını hələ sübut etmək lazımdır. Axı, bunu sübut edəcək heç bir şahid yoxdur (Allah istisnadır çünki onun indiyə kimi şahidliklə bağlı çağrışlara cavab verdiyini heç kim görməyib)

Ən önəmlisi, axı dünya üstü bu gözəl varlığın qabırğadan, sümükdən yaranmasını necə idda etmək olar?!

Evrika!!!

Bu da sizə cavab – "dünya üstü varlıq”!  

Gəlin indi adi günlərdə istifadə etdiyimiz sözlərlə müqayisə edək: "sən mənim ulduzumsan”, "mən, sənə bütün səmanı verərəm”, "günəşim mənim” vəs ilaxır.

Bütün bunlar sübut edir ki, (şəxsən mənə!) qadınlar kainatdan gəliblər. Hələ də inanmırsınız?

O zaman sadə test edin: qadınların rəqs etməyinə diqqətlə baxın. Hər bir qadın gəldiyi planetin özünəməxsus, fərdi rəqsini ifa edir. Bütün bu çox funksional hərəkətlər, bu səmavi varlığın bütün həyat spektrini nümayiş etdirir. Gördüklərindən donub qalmış müşahidəçi ona baxdıqca, dünyanın cazibə qanunların aşaraq uzaqlara dalıb gedir. İnandıra bilmədim? O zaman başqa bir misala qulaq açın – onların gözlərinə baxın: hisslərin qamması, işıqlı sevinc hissi, zəngin ehtirasların mənbəyi, əhvalın daimi dəyişikliyi...

"O..o..oo!!, "qarşımızda duran o gözlər”, onlarla bağlı iri həcmli əsrlər yazılıb və bu gündən sonra daha da çox yazılacaq. Onların içində kosmosu, okeyanı, yaxınlaşan meteroiti və günəşin partlayışlarını görəcəksiz.

Və bir daha, yenidən – itirilmiş vətəndən ötrü bilinməyən və dözülməz kədər hissi.

İndi kişi gözləri ilə müqayisə edin. Aha, ölgün hisslər yığnağı.
    
Demək belə çıxır ki, biz başqa planetlərdən gələnlər ilə yaşayırıq. Amma o da doğrudur ki, darvinizmin təkamül nəzəriyyəsini dəstəkləyənlər də var.

Burada əsas şahidlər – təcrübə obyekti – meymunlardır.

Hörmətli akademiklər, izahat verim: meymunlar əks istiqamətli təkamüldən yaranıblar. Yəni indi gördüyümüz adamlar, yəni bir zaman insan olanlar, qeyri sivil həyat yaşadıqlarına görə (müharibələr, cinayətkarlıq, manyaklıq, pedofillik, yeyinti, rüşvət, acgözlük bir sözlə, iyrənclik) ilkin vəziyyətlərinə qayıdıblar.

Məhz indi onlar "meymun” mərhələsini keçirlər.

Xahiş edirəm bu nüansa xüsusi diqqət edin: yuxarıda sadaladığım "iyrəncliklərə” –in demək olar hamısı kişi tərəfindən törədilib. Bu isə mənim "qadınların başqa dünyanın varlıqları” olması nəzəriyyəmi  bir daha təsdiq edir.
Və ən əsası – təbiət, həyatın davam etməsi üçün nəsili artırmaq imkanını kişilərə yox, qadınlara verib.

Bu isə bizim üçün əsl təhqir sayılmalıdır!

"Gil” təfəkkürlü kişi məntiqinə görə, nə qədər tez-tez qadın dəyişirsənsə bir o qədər onları tanıyacaqsan.
 
Bu tələyə ən müdrik çarlardan biri olan Salamon da (başqa çarlarla tanış deyiləm) düşüb. 700 əsir qadından 300-nə sahib olan çar Salamon, elə zənn edib ki, bununla qadınların sirrini əldə edib. Amma o yanılırdı.  

Bəli, o doğurdan da fiziki olarq bu qadınları tanıyıb. Amma yeni heç nə tapmayıb.

Axı onların düşüncəsinin dəriniliyinə dalmaq, kainatın sonuna çatmaq qədər mümkünsüzdür.

Etiraf etmək ağır olsa da, deyim ki, dünyanın "ən güclü cinsi” sayılan kişilər bu səmavi varlığın bədəninin kiçik bir hissəsəni görən kimi, marajona günəşdə necə əriyirsə, bax eləcə əriyir.
 
Kosmosdan gələn bu varlıqılarla seksual niyyətli zarafatlar etmək,  onlara iyrənc təkliflər etmək vulqarlıqdır.  

Çarların, xanların, kralların  ehtirası üzündən tarix nə qədər müharibələr yaşayıb. Bu müharibələr ucbatından nə qədər yaxşı (həm də pis) kişilər həlak olub.

Amma onlardan heç biri başa düşməyib ki, bununla kainatdan gələnlər yer üzünü nə qədər mənasız varlıqlardan təmizləyiblər.

Amma, çox təsüff ki, onların bu xoş niyyəti baş tutmadı. Bu kir dünyada həddən artıq çox yayılıb.  

Gələnlər gücsüzdür! Onlar kişilər arasında yaşayaraq, onları öz gözəl bədənləri, sehrli ruhları, müqayisə olunmaz xoş qoxuları, dəbdəbəli saçları, ifadəli gözləri ilə öz qalaktikalarına qayıtmaqla bağlı "mavi” arzuları ilə öz əsirlərinə çevirirlər. (qadın bədəninin gözəllikləri haqında dnaışmadığım üçün üzr istəyirəm. Yanlış anlaşılmasından qorxuram).  Qadınların, insan təkamülünün inkişafı boyu mədəniyyət və incəsənətin inkişafında oynadıqları rolu xatırlatmamaq böyük günah olardı.  Hətta bu sahələrdə kişi simvolunun daha böyük rol oynaması,  incəsənətin inkişafı üçün qadın obrazının stimullaşdırıcı rolunu bir daha təsdiq edir. Bu haqqda istənilən rəssamdan, musiqiçidən, ədəbiyyatçıdan və ya elm adamından soruşa bilərsiz.

Ona görə, əziz kişilər, bir gün sevdiyiniz varlıqlarla birgə ölərkən onlarla eyni anda cənnətə gedəcəyinizlə (ən yaxşı halda) bağlı xam xülyalara düşməyin.

Məhz həmin an ayrılıq baş tutacaq. Kişi dünyəvi səmaya, qadın isə...kainata (öz vətəninə) geri dönəcək.

Amma qadınlar da, özlərini tənha hiss etməmək üçün, kişilərin də onlarla birgə başqa dünyadan gəldiklərini düşünməklə, yanılğı içinə düşürlər.   

Və dünyada yeni xromosomun yaranması adına!
                                                   
 
ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM