“Qalatasaray” Türkiyə kubokunu qazandı

09:11 | 08.05.2014
“Qalatasaray” Türkiyə kubokunu qazandı

“Qalatasaray” Türkiyə kubokunu qazandı

Mayın 7-də futbol üzrə Türkiyə kubokunun finalı keçirilib.Apasport.az saytının məlumatına görə, finalda “Qalatasaray” və “Əskişəhərspor” klubları görüşüblər. Konya Atatürk stadionunda keçirilən oyunda "Qalatasaray" 1:0 hesabı ilə qələbə qazanaraq kuboku qazanıb. “Qalatasaray” Türkiyə kubokunda ən çox çempion olan, ən çox final oynayan, ən çox qələbə qazanan və ən çox oyun keçirən komandadır. “Aslan” oynadığı 19 finaldan 14-də kuboku qazanıb. Sonuncu dəfə isə finalda 9 il əvvəl – 2004/2005-ci illər mövsümündə “Fənərbaxça”nı 5:1 məğlub edərək kuboku qazanıb. Bu, "Qalatasaray"ın 15-ci ölkə kubokudur. “Əskişəhərspor” isə kuboku cəmi 1 dəfə 43 il əvvəl qazanıb. Sonuncu dəfə isə 27 il əvvəl finalda oynamışdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb