“Qalatasaray”ın oyunçusu “Fənərbağça” azarkeşi imiş

18:37 | 02.06.2014
“Qalatasaray”ın oyunçusu “Fənərbağça” azarkeşi imiş

“Qalatasaray”ın oyunçusu “Fənərbağça” azarkeşi imiş

“Fənərbağça” ilə bitmiş müqaviləsini hələ də uzatmayan futbolçu Caner Erkinin “Qalatasaray”a keçəcəyi ilə bağlı məlumatlar dolaşmaqdadır. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hətta “Qalatasaray”ın italiyalı baş məşqçisi Roberto Mançini də ulduz futbolçuu çox bəyəndiyini etiraf edib. Bildirilir ki, Erkinin hücumlara verdiyi faydalı dəstək və güclü zərbələri onu Mançiniyə bəyəndirib. Amm Caner Erkinin hətta “Qalatasaray”da oynadığı dövrdə “Fənərbağ”ça azarkeşi olması bu transferi bir qədər çətinə salıb. Futbolçunun meneceri də hələ ki heç bir klubla danışıqlar aparmadığını və “Fənərbağça” rəhbərliyi ilə danışığı yekunlaşdırmayana qədər heç kimlə sövdələşmnəyəcəklərini söyləyib.

Qeyd edək ki, bu iki komanda Türkiyənin ən titullu klubları olmaqla yanaşı, həm də bir-birinə düşmən mövqeləri ilə tanınırlar. Hətta hər iki komandanın azarkeşləri də bir-birinə nifrət həddindədirlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb