Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılır

18:59 | 12.08.2016
Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılır

Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılır

Qara Qarayev prospektinin daha bir hissəsində hərəkət məhdudlaşdırılır.

Bu barədə Trend-ə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 13-dən 14-nə keçən gecə Qara Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən ( "Laçın” ticarət mərkəzi ) Babək prospekti ilə kəsişməyədək olan hissəsındə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

Sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələrini tövsiyə edirik.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb