Qara Qarayev: "Mərhələni adlamağa biz daha çox layiqik"

13:44 | 22.08.2014
Qara Qarayev: "Mərhələni adlamağa biz daha çox layiqik"

Qara Qarayev: "Mərhələni adlamağa biz daha çox layiqik"

"Qarabağ" klubunun yarıpmmüdafiəçisi Qara Qarayev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Tvente" ilə keçirilən ilk oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb

- Görüş haqda fikirlərini bilmək istərdik.

- İstəyirdik ki, evdə qalib gələk. Düşünürəm ki, yaxşı oynadıq. Ancaq qol epizodlarından istifadə edə bilmədik. Bir tərəfdən də sevinirəm ki, rəqibə qol vurmaq üçün şans yaratmadıq. Sona qədər üstünlük bizdə oldu. 

- Stadionun ot örtüyü yaxşı vəziyyətdə deyildi. Bu, "Qarabağ"ın oyununa təsir etdi?

- Bizdə çatışmayan ancaq qol oldu. Burda stadion amili rol oynamadı. Bu gün biz qol vursaydıq, ot örtüyünün yaxşı vəziyyətdə olmadığından danışmayacaqdıq. Ona görə də bunu bəhanə etməyə dəyməz. Sadəcə yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Məncə, qalan hər şey yerində idi. 

- Qeydə alınan qolsuz heç-heçədən sonra komandanızın mərhələ adlamaq şansını necə görürsən?

- Düşünürəm ki, səfərdə də bu cür oynamalıyıq, çəkinməməliyik. Belə oynasaq, turu keçməyə layiq komanda biz olacağıq. 

- "Qarabağ" daha çox geri ötürmələrlə oynadı, hücumları ləngitdi. Bunun səbəbi nə idi? 

- Hava çox isti idi. Belə şəraitdə topu tez-tez itirmək komandamızın ziyanına olardı. Maksimum səbirli olmalı idik. Fikir verdinizsə, geriyə oynaya-oynaya 5-6 qol imkanı yaratdıq. Tələsmək olmazı. Topu itirsəydik, rəqib top saxlağa başlayacaqdı. Belə olan halda isə biz yorulacaqdıq. 

- Sanki "Tvente" "Qarabağ"ı daha yaxşı öyrənmişdi...

- Belə olsaydı, rəqib daha çox qol epizodları yaradardı, bizim taktiki gedişlərimizə imkan verməzdilər. Məncə, biz onları daha axşı analiz etmişdik. 

- "Tvente" demək olar ki, müdafiədən oynadı. Cavab matçında rəqibdən necə oyun gözləmək olar?

- Rəqibin bir neçə oyununu izləmişik. Ev oyunlarında da bir qədər müdafiəyə üstünlük verirlər. Biz ilk növbədə onların hücumlarından qorunmalıyıq. Əsas məqsədimiz cavab matçında qol buraxmayaq. Müəyyən amilləri nəzərə alanda "Tvente"nin üstünlüyü olac bilər. Ancaq biz də əlimizi yanımıza salmayacağıq. Növbəti oyuna daha yaxşı hazırlaşacağıq. 

- 2009-cu ildə qarşılaşdığınız "Tvente" ilə indiki arasında nə kimi fərq var?

 

- "Tvente"nin indiki futbolçuları cavandır. Ancaq hamısı perespektiv vəd edən   oyunçulardır. O dövrdə isə daha keyfiyyətli futbolçuları var idi. Əlbəttə ki, 2009-cu ildəki "Tvente" daha güclü idi. 

- Razısan ki, "Tvente" "Zalsburq"dan xeyli zəifdi?

- Belə deməzdim. Çünki avropa komandaları həmişə yaxşı səviyyədə olur. Hollandiya çempionatı Avstriyadan daha səviyyəlidir. "Tvente" isə ötən mövsüm üçüncü yeri tutmuş komandadır. "Zalsburq"la oyunda olduğu kimi, bugünki görüşdə də çətinlik çəkdik.

- "Tvente"nin üstünlüyü nədədir, çətinliyiniz nədə idi?

- Rəqib gənclərdən qurulmuş komandadır. Onlar fiziki cəhətdən çox güclüdürlər. Əsas çətinliyimiz isə qol imkanlarından istifadə edə bilməməyimiz oldu. İlk hissədə bir qol vura bilsəydik, hesab tam fərqli ola bilərdi. Yəni növbəti qolları da vura bilərdik. 

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM