Qara Qarayevin nəvəsindən sürpriz

11:33 | 06.06.2014
Qara Qarayevin nəvəsindən sürpriz

Qara Qarayevin nəvəsindən sürpriz

Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin (1918-1982) vəfatının 32-ci ildönümü ilə əlaqədar Birləşmiş Ştatlarda «QaraBağ: ZulfiqaRenatuS» diski buraxılıb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, saksafonçu Zülfüqar Bağırovun və portuqaliyalı pianoçu Renato Dizanın müasir üslubda ifasının toplandığı disk Vaşinqtonda yerləşən «Qarabağ» Fondunun sponsorluğu ilə işıq üzü görüb. Zülfüqar Bağırov bəstəkar Qara Qarayev və Zakir Bağırovun nəvəsidir.«Qarabağ» Fondunun məlumatına görə, Z. Bağırov və R. Diza klassik Azərbaycan musiqisini dinləyicilərə tamamilə yeni ampluada - caz və digər musiqi üslublarının sintezi şəklində təqdim ediblər.//Qafqazinfo
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM