“Qarabağ danışıqlarına inam qalmamışdı...” - Bahar Muradova

14:48 | 20.11.2017
“Qarabağ danışıqlarına inam qalmamışdı...” - Bahar Muradova

“Qarabağ danışıqlarına inam qalmamışdı...” - Bahar Muradova

"Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ətrafında artan intensiv fəllaşmanı müsbət dəyərləndirirəm. Çünki müəyyən səbəblər nəticəsində bir müddət danışıqlar səngimişdi və onun perspektivinə inam qalamamışdı”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. O bildirib ki, beynəlxalq ictimai mühit çox mütəhərrikdir və bir-birinin ardınca dünyanı silkəyən hadisələr baş verir. 

"Belə məqamda Dağlıq Qarabağ məsələsi ətrafında danışıqlar mütləq intensivləşməlidir və dəyişən mühit, onun etdiyi korrektələr nəzərə alınmalıdır. Belə məqamda Dağlıq Qarabağ məsələsi ətrafındakı danışıqlar mütləq intensivləşməlidir və dəyişən mühit nəzərə alınmalıdır. Beynəlxalq aləmdə meydana gələn yeni ocaqlar gələcək münaqişələr vəd edir, bu hadisələrə beynəlxalq aləmin özünün münasibəti və bu günə qədər Qarabağ məsələsinə olan fərqli mövqeyi Azərbaycan tərəfinin bu məsələdə daha ciddi şəkildə tələblər ortaya qoymağa və vasitəçilik missiyasını həyata keçirən ölkələrdən daha dinamik, şəraitə uyğun addımlar atmağa vadar edən tələblər qoymaqda haqlıdır”. 

B.Muradova hesab edir ki, bu, danışıqların məzmununa təsirini göstərməlidir. "Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinə və bu səfərlərdən asılı olaraq gələcək yüksək səviyyəli görüşlərə, əlbəttə, görüşməməkdən, danışmamaqdan, bir-birindən qaçmaqdansa, görüşüb danışmaq daha məqsədəuyğundur. Azərbaycan hər zaman olduğu kimi, substantiv danışıqlarda maraqlıdır. Azərbaycan nəticəyə hesablanmış danışıqların keçirilməsini vacib hesab edir. Azərbaycanın bu mövqeyi vasitəçilər tərəfindən nəzərə alınmalıdır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM