"Qarabağ" əsrin rekorduna imza atıb

19:00 | 16.05.2022

"Qarabağ" əsrin rekorduna imza atıb

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb.
 
 Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri XXVII tur oyununda nail olub.
 
"Köhlən atlar" yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb.
 
Bunadək "Xəzər Lənkəran” 2004/2005, "Qarabağ” 2013/2014 və 2015/2016 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb