"Qarabağ"- "Linfild" oyununa 10 min bilet satılıb

23:00 | 27.08.2019
Bakıda keçiriləcək "Qarabağ"ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın "Linfild" komandasına qarşı play-off mərhələsinin cavab oyunu üçün 30 min bilet satışa çıxarılıb.

Bu barədə Redaktor.az-a "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
Onun sözlərinə görə, artıq satışa çıxarılan biletlərin 10 mini satılıb. Hazırda bilet satışı davam etdirilir.
Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası Şimali İrlandiyanın "Linfild"klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.
Qeyd edək ki, "Qarabağ" səfərdə "Linfild"ə 2:3 hesabı ilə məğlub olmuşdu.//Trend.az

www.anews.az
loading...

Xəbər lenti