“Qarabağ” “Red Bull Arena“da məşqinə çıxdı

09:15 | 06.08.2014
“Qarabağ” “Red Bull Arena“da məşqinə çıxdı

“Qarabağ” “Red Bull Arena“da məşqinə çıxdı

Qurban Qurbanov komandasının Zaltsburqa uduzmağa gəlmədiyini deyib“Qarabağ” UEFA ÇL-in III təsnifat mərhələsində cavab oyununu keçirmək üçün Zaltsburq şəhərinə gəlib.ANS PRESS-in məlumatına görə, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində avqustun 6-da səfərdə Avstriyanın “Red Bull Zaltsburq“ komandası ilə qarşılaşacaq Ağdamın “Qarabağ” futbol klubu artıq oyunun keçiriləcəyi Zaltsburq şəhərindədir.“Qarabağ”ın futbolçuları avqustun 5-də axşam saatlarında qarşılaşmanın keçiriləcəyi “Red Bull Arena“da oyunqabağı məşqə çıxıb.“Red Bull Zaltsburq” komandasının baş məşqçisi Adi Hütter mətbuat konfransında azərbaycanlı qonaqların Bakıdakı nəticəni qorumağa çalışacaqlarını və rəhbərlik etdiyi komanda üzərinə çətin vəzifə düşdüyünü bildirib.O, oyunu mütləq qələbə ilə başa vurmalı olduqlarını qeyd edib. “Biz Bakıda gördük ki, oyunu evdə keçirmək nə deməkdir və azarkeşlər nəyə qadirdilər”, - deyən A. Hütter komandaya azarkeşlər tərəfindən böyük dəstək göstəriləcəyinə ümidini ifadə edib.“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov komandasının Zaltsburqa uduzmağa gəlmədiyini, komandanın qarşısında əzmlə mübarizə apararaq, növbəti mərhələyə adlamaq kimi mühüm vəzifə dayandığını bildirib.

Avqustun 6-da Bakı vaxtı ilə saat 23:30-da başlayacaq oyunu şotlandiyalı hakimlər briqadası idarə edəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb