“Qarabağ” Rəşad Sadıqovla razılığa gəldi

15:47 | 21.05.2014
“Qarabağ” Rəşad Sadıqovla razılığa gəldi

“Qarabağ” Rəşad Sadıqovla razılığa gəldi

Tarixində ilk dəfə Çempionlar Liqasında yarışacaq son Azərbaycan çempionu “Qarabağ” daha bir futbolçusu ilə müqaviləni yeniləməyə hazırlaşır.

Qol.Az saytının müxbiri ilə söhbətində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bildirib ki, yaxın günlərdə kapitanları Rəşad Sadıqovla yeni müqavilə bağlayacaqlar. O, artıq bununla bağlı tərəflər arasında razılıq əldə edildiyini bildirib.

Q.Qurbanovun sözlərinə görə, yeni müqavilə ilə bağlı klubun mətbuat xidməti əlavə məlumat verəcək.

Qeyd edək ki, R.Sadıqovun “Qarabağ”la qüvvədə olan müqaviləsinin müddəti bu ayın sonu başa çatır.

Xatırladaq ki, bundan əvvəl “Qarabağ” Qara Qarayev, Admir Teli və Ansi Aqolli ilə müqaviləni yeniləyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM