Qarabağ Rusiyasız həll edilməyəcək – Erməni KİV

14:35 | 01.03.2018
Qarabağ Rusiyasız həll edilməyəcək – Erməni KİV

Qarabağ Rusiyasız həll edilməyəcək – Erməni KİV

Şərq Tərəfdaşlığı ölkələri yaxın 20 ildə Avropa Birliyinə üzv ola bilməyəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistanın "168 Jam” qəzetinə müsahibəsində almaniyalı politoloq Piter Şults söyləyib.

"AB hazırda Balkan ölkələri ilə çalışır və bu 10-15 il çəkəcək. Şərq Tərəfdaşlığı ölkələrinin üzvlük perspektivi Rusiya ilə münasibətlərdən asılıdır. Məhz buna uyğun münasibətlər inkişaf edəcək. Əgər Rusiya bu perspektivi istəməsə və onu bu prosesdən uzaqlaşdırmağa davam etsək, o zaman problemlərimiz olacaq. Avropa Birliyi Rusiya ilə hesablaşmağa məcburdur. AB Mərkəzi Asiya ölkələri ilə assosiativ üzvlük müqaviləsi imzalayarkən heç bir problemlə qarşılaşmadı. Niyə? Ona görə ki, hər bir addım əvvəlcə Moskva ilə razılaşdırılmışdı. Bu mənim mövqeyimdir. Rusiya olmadan Ukrayna ətrafında Qarabağda danışıqlar mümkünsüzdür” – deyə o bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM