Qarabağ separatçıları AŞPA-nın məruzəçisini hədələdilər

20:18 | 16.09.2015
Qarabağ separatçıları AŞPA-nın məruzəçisini hədələdilər

Qarabağ separatçıları AŞPA-nın məruzəçisini hədələdilər

Avropa Şurası Parlament Assamleyasının (AŞPA) Siyasət və Demokratiya İşləri üzrə Komitəsinin məruzəçisi Robert Uolteri Qarabağ separatçıları hədələyib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma "Dağlıq Qarabağ Respublikası prezidentinin mətbuat xidmətinin rəhbəri” David Babayan sentybarın 15-16-da Qarabağ istiqamətində Azərbaycan-Ermənistan təmas xəttini müşahidə edərək hesabat hazırlamalı olan Uolteri bölgəyə buraxmayacaqlarını deyib:

"AŞPA kimi ciddi təşkilat üçün hesabat hazırlayan şəxslər qeyri-obyektiv, birtərəfli və antierməni mövqeyindədirlərsə, yalınz turist kimi Qarabağı ziyarət edə bilərlər. Robert Uolter isə kilsədə şam yandırıb, etdiyi işlərə görə əfv diləyə bilər. Məruzə ilə bağlı heç bir kontakt və heç bir qəbul olmayacaq”.

Rober Uolter AŞPA-nın məruzəçisi kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabat hazırlamalıdır. Hesabatın sentyabrın 1-də təqdim olunması nəzərdə tutulsa da, məruzəçi erməni tərəfinin qeyri-konstruktiv mövqeyinə görə prosesin ləngidiyini bəyan etmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb