“Qarabağ” sürpriz edə bilər” – “Dnepr”in baş məşqçisi

15:43 | 05.09.2014
“Qarabağ” sürpriz edə bilər” – “Dnepr”in baş məşqçisi

“Qarabağ” sürpriz edə bilər” – “Dnepr”in baş məşqçisi

Dnepropetrovskın “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç “Qarabağ” da daxil olmaqla  Avropa Liqasının qrup mərhələsində rəqibləri olan komandalar barədə fikirlərini bildirib.

Qol.Az-ın “Sport-ekspress Ukrayna” qəzerinə istinadən yaydığı xəbərə görə, əvvəlcə İtaliya “İnter”i barədə danışan təcrübəli mütəxəssis deyib: “Bu komandayla oynamaq həm xoş, həm də şərəflidir. Eyni fikirləri Fransa “Sent-Etyen”i barədə də deyə bilərəm. Bu komandanın tarixi ənənəsi var. Onlar ölkə daxilində böyük uğurlar əldə edib, hətta Çempionlar Liqasının finalında oynayıb”.

“Qarabağ” haqda da fikirlərini açıqlayan Markeviç bildirib: “Belə görsənir ki, bu komanda istənilən an sürpriz edə bilər. Avropa Liqasının pley-off mərhələsində onlar “Tvente”ni mübarizədən kənarlaşdırıb. Razılaşın ki, hollandlara iki oyunun nəticəsinə görə qalib gəlmək asan deyil”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb