“Qarabağ”da ciddi itki

13:58 | 20.09.2014
“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda "Sent-Etyen"lə qarşılaşmada "Qarabağ" ciddi itki ilə üzləşib. ANS PRESS-in məlumatına görə, Çumbinyo görüşün ilk hissəsində zədələndiyi üçün əvəz olunub. Bu barədə "Supersport" yazıb.Braziliyalı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib. 28 yaşlı futbolçunun uzun müddətə sıradan çıxdığı, bağlarının qırıldığı məlum olub. Braziliyalı təxminən 5 ay sonra meydana çıxa biləcək. Bu o deməkdir ki, Çumbinyo 2014-cü ildə meydana çıxmayacaq.Qeyd edək ki, Çumbinyo karyerası ərzində çoxlu klublarda çıxış edib. O, karyerasında 2005-2006-cı illərdə vətənində "San Paulo FK"da başlayıb. 2006-cı ildə o, "America-SP" klubuna icarəyə verilib. Elə həmin il Yaponiyanın Kaşima Antlersində də icarə əsasında forma geymiş yarımmüdafiəçi 2007-də Koritibada oynayıb. Həmin il "Ponte Preta"da da top qovmağa imkan tapan Çumbinyonu 2008-də "Rio Klaro" transfer edib. 2008-2009 mövsümündə bu futbolçunu Portuqaliyanın "Leyxoes" klubu alıb. 2009-cu ildən isə Çumbinyo Yunanıstanda çıxış edib. O, bu ölkədə əvvəlcə "Etnikos"un şərəfini qoyurub. 2010-cu ildə isə o, "Olimpiakos"la müqavilə imzalayıb. Elə alınan gündən bu futbolçu digər klublara icarəyə verilib. Çumbinyo son illərdə "Panserraikos", "OFİ", "Levadiakos" və "Atromitos"un formasını geyinib. Çumbinyo 2013-cü ildə "Qarabağ Ağdam" ilə 2 illik müqavilə imzalayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb