Qarabağda müharibə olacaq?- Rusiyadan son açıqlama

14:33 | 20.11.2017
Qarabağda müharibə olacaq?- Rusiyadan son açıqlama

Qarabağda müharibə olacaq?- Rusiyadan son açıqlama

"Diplomatiya Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi üçün məqbul olan yanaşmalar tapmağa qadirdir". İstiPress-in məlumatına görə, bu barədə Bakıda keçirdiyi görüşdən sonra açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

O, qeyde dib ki, nizamlama prosesində irəliləyişə nail olmaq üçün tələb edilən bütün addımlar, tədbirlər, razılaşmalar masa üzərindədir. Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədlər paket sənədlər kimi tərtib olunub. 

Nazir həmçinin qeyd edib ki, mMünaqişənin həlli ilə bağlı razılaşdırılmış format var. Üç həmsədr təcrid olunmuş şəkildə işləmir. Minsk qrupunda həll prosesi ilə maraqlanan tərəflər də mövcuddur. "Yeni bir təklif prosesin qəsdən və ya istəmədən pozulmasına gətirə bilər”.

S.Lavrov bildirib ki, azərbaycanlı həmkarı ilə görüşdə Qarabağ münaqişəsini müzakirə edib, bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. "Hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM