“Qarabağ”dan belə oyun gözləmirdik”

11:58 | 02.08.2014
“Qarabağ”dan belə oyun gözləmirdik”

“Qarabağ”dan belə oyun gözləmirdik”

“Biz səfərə qələbə üçün yollanmışdıq. Ancaq qapımızdan buraxdığımız erkən qol planlarımı pozdu”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Avstriyanın “Zalsburq” klubunun futbolçusu Andreas Ulmer Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu (1:2) haqda danışarkən deyib.

Ölkəsinin mətbuatına açıqlama verən  avstriyalı müdafiəçi  “Qarabağ” haqda xoş sözlər deməklə yanaşı mərhələni keçəcəklərinə inadığını bildirib: “Qarabağ”ın oyununu analiz etmişdik. Bilirdik ki, komanda texnikalı və sürətli futbolçulara malikdir. Düzü, “Qarabağ”dan belə oyun gözləmirdik. Onlar fikirləşdiyimizdən də yaxşı çıxış etdilər. Ancaq bizim bir çox epizodlarda bəxtimiz gətirmədi. Əslində hesab oyuna görə olmadı. Qalib gələ bilərdik. Mərhələnin taleyini növbəti oyunda həll etməliyik. Cavab qarşılaşmasında istədiyimiz oyunu nümayiş etdirəcəyik. Mərhələni keçmək şansı bizdə daha çoxdur”.

Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması avqustun 6-da Avtriyada keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb