Qarabağdan Ermənistana daha 6 xəstənin köçürülməsi təmin olunub

14:52 | 02.02.2023
Qarabağdan Ermənistana daha 6 xəstənin köçürülməsi təmin olunub

Qarabağdan Ermənistana daha 6 xəstənin köçürülməsi təmin olunub

Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qarabağda yaşayan daha 6 xəstə Ermənistana tibb mərkəzlərinə aparılıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 
 
Dekabrın 12-dən başlayaraq Qızıl Xal Komitəsinin köməkliyi ilə Ermənistana 64 xəstə aparılıb. 
 
2022-ci ilin dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi  də azərbaycanlı ekoloqlara cavab olaraq  iki etiraz aksiyası təşkil ediblər.  Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.   
 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb