Qarabağdan gedən ermənilərin 35%-i Rusiyaya köçmək istəyir

16:20 | 19.04.2024
Qarabağdan gedən ermənilərin 35%-i Rusiyaya köçmək istəyir

Qarabağdan gedən ermənilərin 35%-i Rusiyaya köçmək istəyir

Qarabağdan könüllü olaraq Ermənistana köç edən erməniəsilli vətəndaşların 35%-i Rusiyaya mühacir kimi getmək istəyir. Bu barədə Ermənistan mətbuatı məlumat paylaşıb. 
 
Bildirilib ki, yerdə qalan 65%-i isə Ermənistanda qalmaq tərəfdarıdır. Onlar arasında keçirilən sorğu nəticələrinə görə vətəndaşlar hazırda öz yaşadığı yerdən narazılıq edib. 
 
Sentyabrın 19-da Azərbaycanın Qarabağda antiterror əməliyyatından sonra reinteqrasiya ilə bağlı rəsmi sayt yaradılıb. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər, eləcə də Qarabağa getmək istəynlər həmin saytda qeydiyyatdan keçə bilər. 
 
Hazırda Qarabağda qalan erməniəsilli vətəndaşlara Azərbaycan hökuməti tərəfindən dəstək olunur. Belə ki, bir müddət öncə OMbusdman rəhbəri Səbinə Əliyevə onlara şəxsən baş çəkib və durumu ilə maraqlanıb. 
 
Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər. 

Hazırda sülh müqaviləsi üzərində danışıqlar gedir.
 
Gülnar Nazimqızı 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb