Qaret Beyl Zidanı geridə qoydu

14:05 | 21.05.2014
Qaret Beyl Zidanı geridə qoydu

Qaret Beyl Zidanı geridə qoydu

Futbol tarixinin ən bahalı 10 yarımmüdafiəçi transferi müəyyənləşib.Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, siyahının ilk pilləsində "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Qaret Beyl qərarlaşıb.Ötən il "Tottenhem"dən 100 milyon avroya "Real"a transfer olunan uelsli futbolçu bütün rəqiblərini qabaqlayıb. Madrid "Real"ın canlı əfsanələri Zinəddin Zidan ikinci, Luiş Fiqo isə üçüncü olub.1. Qaret Beyl - "Tottenhem"dən "Real"a (Madrid) 100 milyon avroya transfer olunub.2. Zinəddin Zidan - "Yuventus"dan "Real"a 73.5 milyon avroya transfer olunub.3. Luiş Fiqo - "Barselona"dan Madrid "Real"ına 60 milyon avroya transfer olunub.4. Məsut Özil - Madrid "Real"ından "Arsenal"a 50 milyon avroya transfer olunub.5. Qaiska Mendiyeta - "Valensiya"dan "Latsio"ya 48 milyon avroya transfer olunub.6. Ceyms Rodriqes - "Portu"dan "Monako"ya 45 milyon avroya transfer olunub.7. Xuan Mata - "Çelsi"dən "Mançester Yunayted"ə 44.7 milyon avroya transfer olunub.8. Xuan Sebastyan Veron - "Latsio"dan "Mançester Yunayted"ə 42.6 milyon avroya transfer olunub9. Xavyer Pastore - "Palermo"dan PSJ-yə 42 milyon avroya transfer olunub.10. Rui Kosta - "Fiorentina"dan "Milan"a 41.2 milyon avroya transfer olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM