Qaçırılan diplomatlardan YENİ XƏBƏR

10:53 | 13.06.2014
Qaçırılan diplomatlardan YENİ XƏBƏR

Qaçırılan diplomatlardan YENİ XƏBƏR

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İraqda girovların qaçırılması ilə əlaqədar ən son vəziyyəti dəyərləndirib. Davudoğlu qeyd edib ki, konsulluq əməkdaşlarının sərbəst buraxılması üçün rəsmi Ankara fasiləsiz iş rejiminə keçib. Nazir hazırda həmvətənlərin vəziyyətlərinin yaxşı olduğunu və daha təhlükəsiz yerdə olduqlarını qeyd edib."Bu məsələ, dəyərli dostlar, hər hansı bir siyasi ixtilaf məsələsi deyil. Türkiyənin həm ali mənfəətləri baxımından, əsasən də, hazırda Mosulda olan vətəndaşlarımızın təhlükəsizliyi baxımından vacib bir məsələdir. Siyasi ixtilaflar ola bilər, lakin hər kəs milli birlik içində vətəndaşlarımızın təhlükəsizliyini dəyərləndirməlidir". Davudoğlu əlavə edib ki, vəziyyət həssas olduğu üçün məsələnin bütün təfərrütları barədə açıqlama vermək yalnış addım ola bilər.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM