Qatarların hərəkətində dəyişiklik ediləcək - Diqqət

18:00 | 13.04.2018
Qatarların hərəkətində dəyişiklik ediləcək - Diqqət

Qatarların hərəkətində dəyişiklik ediləcək - Diqqət

Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Dəyişikliyə əsasən, 21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. Həmin tarixdən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək.

Bakı-Kiyev qatarı Bakı sərnişin stansiyasından həftədə bir dəfə - şənbə günü saat 01:35-də yola düşəcək. Kiyev stansiyasına 23 apreldən etibarən həftənin I günləri saat 11:46-da çatacaq və həmin gün saat 14:37-də əks istiqamətə hərəkətə keçəcək. Qatar aprelin 26-dan etibarən həftənin IV günləri saat 04:10-da Bakı sərnişin stansiyasına çatacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb