Qayda pozan avtobus sürücüsü işdən çıxarıldı - VİDEO

10:31 | 26.08.2015
Qayda pozan avtobus sürücüsü işdən çıxarıldı - VİDEO

Qayda pozan avtobus sürücüsü işdən çıxarıldı - VİDEO

88 saylı xətt üzrə hərəkət edən marşrut sürücüsü qəza şəraiti yaradıb

Bakıda 88 saylı marşrut üzrə hərəkət edən avtobus sürücüsünün özbaşınalığını əks etdirən videomaterial yayılıb.

88 saylı avtobusun sürücüsü mikrorayon istiqamətindən Azadlıq prospektinə keçərkən iki halda kobud qəza şəraiti yaradıb.

Mikrorayon tərəfdən gələrkən yolun tam əks istiqamətinə çıxaraq digər yola keçib. Hansı ki, o yol Azadlıqdan mikrorayona gedənlər üçündür. Hələ bunlar azmış kimi, sürücülər ona yol vermədikləri üçün avtobusun sürücüsü narazılıq da edirdi.

Artıq yol hərəkəti qaydasını kobud şəkildə pozduğu üçün 88 saylı avtobus sürücüsü işdən kənarlaşdırılıb.

Bu barədə maşrut xəttinin direktoru Etibar Manafov bildirdi ki, hadisədən xəbər tutan kimi avtobusun sürücüsü Allahverdi Əkbərov yol polisinə aparılıb. Onun barəsində yol hərəkəti haqqında qanunu pozduğu üçün cərimə yazılıb. Bundan sonra həmin sürücü işdən kənarlaşdırılıb.

Sürücü Allahverdi Əkbərov isə qaydanı yolda tıxac yarandığı üçün pozduğunu deyib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb