Qaz sayğaclarının balansını istədiyiniz qədər ARTIRA BİLMƏYƏCƏKSİNİZ - VİDEO

12:39 | 03.12.2016
Qaz sayğaclarının balansını istədiyiniz qədər ARTIRA BİLMƏYƏCƏKSİNİZ - VİDEO

Qaz sayğaclarının balansını istədiyiniz qədər ARTIRA BİLMƏYƏCƏKSİNİZ - VİDEO

İndiyə qədər qaz sayğacları üçün smart kartınızın balansını artırmaq üçün maksimum 2 min manat ödəyə bilirdiniz. Artıq bu rəqəm 100 manata endirilib.

Ödəmə terminallarında bu haqda elan yerləşdirilib.

"Azəriqaz” İstehsalat Bbiriyinin  mətbuat katibi  İbrahim Kərbalayevin sözlərinə  görə,  Tarif Şurasının təbii qazın qiymətinin diferensiyallaşdırılması ilə bağlı müvafiq qərarından sonra bu addım atılıb. Limitin qoyulmasına səbəb sırf texniki məsələdir.

Kartınızdaki 100 manatı sayğaca yükləyəndən sonra yenə balansınızı 100 manat artırmaq istəsəniz yalnız 1 dəfə şans veriləcək.

Proses sadəcə bir aylıq nəzərdə tutulub. Gələn ilin yanvarın 1-dən ödəmə əvvəlki qaydada  aparılacaq.

ANN.Az Xəzər Xəbər-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb