Qazax sakini minaya düşdü

10:52 | 14.05.2016
Qazax sakini minaya düşdü

Qazax sakini minaya düşdü

Heyvanların örüş sahəsində minaya düşən kişinin ayağı amputasiya edilib.

Qazax rayon sakini minaya düşüb. Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kamandar İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə səhər saat 05 radələrində rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Kənd sakini Vəzir Vəliyev örüş sahəsində minaya düşüb. Yaralı Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, partlayış nəticəsində kənd sakininin ayağı qopub. 

Qazaxda bənzər hadisə aprel ayında da baş verib. Xanlıqlar kəndinin 25 yaşlı sakini minaya düşmüşdü. Kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu yabanı bitki yığmaq üçün düşmənlə təmas xəttinə yaxın əraziyə gedib və orada minaya düşüb.

Dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilən gəncin sol ayağı amputasiya olunub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM