Qazaxıstanda “Abu-Dabi Plaza” alışdı – FOTOLAR

12:11 | 13.02.2016
Qazaxıstanda “Abu-Dabi Plaza” alışdı – FOTOLAR

Qazaxıstanda “Abu-Dabi Plaza” alışdı – FOTOLAR

Qazaxıstanın paytaxtı Astanada inşa edilən "Abu-Dabi Plaza” kompleksində yanğın baş verib.

Oxu.Az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, yanğın haqqında məlumat yerli vaxt ilə saat 04:40 radələrində daxil olub.

İlkin məlumata görə, binanın 25-ci mərtəbəsində  taxta qəlib alışıb, daha sonra isə qaz balonları partlayıb.

Alovu söndürmək üçün 60 yanğınsöndürən və 17 ədəd texnika cəlb edilib.

Yanğınsöndürənlər fəhlələri təxliyyə ediblər.

Qazaxıstan DİN-in fövqəladə hallar üzrə rəsmi nümayəndəsi Ruslan İmankulov hazırda inşa edilən binada yanğının söndürüldüyünü bəyan edib.  

İmankulovun məlumatına görə, yanğın taxta qəliblər və brezent bağların vasitəsilə yayılıb.

"Saat 8:25-də yanğını lokallaşdırmaq mümkün olub. Yanğının söndürülməsində giriş yollarının olmaması çətinlik törədirdi. İlkin məlumata görə, dizel yanacağı ilə işləyən qurğularda alışma baş verib”, - Qazaxıstanın fövqəladə hallar üzrə komitəsindən bildiriblər.

Qazaxıstan paytaxtında çoxfunksiyalı "Abu-Dabi Plaza” kompleksinin inşası 2010-cu ilin noyabrında başlayıb.

2016-cı ilin sonunda inşaası başa çatdıqdan sonra bina respublikada və Orta Asiyada ən hündür bina olmalı idi.

Binanın layihə üzrə ümumi hündürlüyü 380 metrdən ibarət olmalıdır.
 











www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb