“Qəbələ” Qriqorçukla bağlı qərarını verdi

17:12 | 23.05.2016
“Qəbələ” Qriqorçukla bağlı qərarını verdi

“Qəbələ” Qriqorçukla bağlı qərarını verdi

"Qəbələ” baş məşqçisi Roman Qriqorçukla bağlı yekun qərarını verib.

Klubun baş meneceri Zaur Əzizov Qol.az-a bildirib ki, ukraynalı mütəxəssislə əməkdaşlıq davam etdiriləcək.

O xatırladıb ki, Qriqorçukun "Qəbələ” ilə 2017-ci ilin mayın sonuna kimi kimi müqaviləsi var.

Qeyd edək ki, bu mövsümün gedişati zamanı "Qəbələ”nin bəzi oyunlardakı uğursuz çıxışları səbəbindən Qriqorçukun vaxtından əvvəl istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, ukraynalı mütəxəssisin rəhbərliyi altında "Qəbələ” bu mövsüm Premyer Liqada üçüncü yeri tutub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb