Qəfil sual: "28 apreldə nə baş verib?" - ANN.TV

10:00 | 27.04.2015
Qəfil sual:

Qəfil sual: "28 apreldə nə baş verib?" - ANN.TV

Bu elə bir tarixdir ki, uzun illər biz onu qalibiyyət, zəfər, yeni quruluşun bünövrəsi kimi qeyd etmişik. 28 aprel tarixini yaddan çıxarmamaq üçün küçələri, qəsəbələri, prospektləri, hətta metro stansiyasıni "28 aprel" şərəfinə adlandırmışıq. 

Amma ötən əsrin sonlarında sanki qaranlıq otağa işıq doldu, hər künc və bucağı nurlandırdı, həqiqətlər ortaya çıxdı. Həmin həqiqətlərdən biri də o oldu ki, 28 aprel əslində qeyd olunduğu, 70 il məktəblərdə, universitetlərdə tədris olunduğu gün deyilmiş. 

ANN.TV-nin çəkiliş qrupunun üzvləri "Qəfil sual" rubrikası çərçivəsində "28 apreldə nə baş verib?" sualı ilə paytaxt sakinlərinə müraciət edib. Bu suala adi vətəndaşlar necə cavab veriblər? Gəlin, video-süjetə baxaq.

Hazırladılar: 
Zülfiyyə Səfxanova
Fəridə Alıyeva
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb