Qəfil sual: 8 may - bu tarix sizə nəsə deyirmi? - ANN.TV

11:10 | 08.05.2015
Qəfil sual: 8 may - bu tarix sizə nəsə deyirmi? - ANN.TV

Qəfil sual: 8 may - bu tarix sizə nəsə deyirmi? - ANN.TV

İlimiz 365 gündən ibarətdir və elə günlər var ki, onlar təqvimə fərqli rənglərlə daxil olur. Rənglər də müxtəlif olur - qara, qırmızı. Adətən, milli bayramlar, rəsmi bayram günləri təqdimdə qırmızı rəngə boyanır. Qara rənglə göstərilən təqvim günləri isə ümumxalq yas, matəm hesab olunmaqla bərabər hər bir azərbaycanlının yaddan çıxarmayacağı, unutmayacağı tarixlərdir. 

Amma bəzən təqvimdə belə qeyd olunmasa da, yaddaşlarda dərin iz buraxan günlərimiz var. Məsələn, 8 may - Şuşanın işğal günü, 18 may - Laçının işğalı, 23 iyul - Ağdamın işğalı və siyahını uzatmaq olar.

ANN.TV-nin çəkiliş qrupu "Qəfil sual" rubrikası çərçivəsində "8 May - bu tarix sizə nəyi xatırladır?" sualın ilə şəhər sakinlərinə müraciət edib. Gəlin, paytaxt sakinlərinin 8 Mayı - Şuşanın işğal tarixini yadda saxlayıb-saxlamadıqlarını video-süjetə baxmaqla bilək.

Hazırladılar:
Zülfiyyə Safxanova
Şahpəri Abbasova

 

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM