QƏFİL SUAL: "Məmurların fəaliyyəti sizi qane edirmi?" - ANN.TV

11:45 | 20.11.2015
QƏFİL SUAL:

QƏFİL SUAL: "Məmurların fəaliyyəti sizi qane edirmi?" - ANN.TV

Məmur və nazirlərin fəaliyyəti mövzusu son bir ay ərzində ölkə gündəmini zəbt edib. Oktyabrın 17-də dövlət başçısı milli təhlükəsizlik naziri Eldar Mahmudovu azad etdikdən sonra vəzifə başında olan bəzi məmurların səlahiyyətlərindən sui-istifadə etməsi faktı ortaya çıxdı. Ümumiyyətlə, əvvəllər də adi adamlar, ictimai fəallar ayrı-ayrı məmurların fəaliyyətlərinin qənaətbəxş olmadığından şikayət edirdilər. Bir aydan artıq müddətdə isə ölkə o cür məmurların işdən azad olunmasının, eləcə də barələrində cinayət işinin qaldırılmasının şahididir.

ANN.TV-nin çəkiliş qrupunun əməkdaşları gündəmdəki mövzunu əsas götürərək paytaxt sakinləri arasında sorğu keçirib. Respodentlərə "Məmurların fəaliyyəti sizi qane edirmi", "Son həftələrdə həbs olunan, yaxud vəzifəsindən azad edilən məmurlar haqqında nə bilirsiniz", "Sizcə, prezidentin növbəti islahatı hansı məmurlara şamil olunacaq" sualları verilib.

Video-sorğuya baxa bilərsiniz.

Hazırladılar: 
Zülfiyyə Səfxanova
Şahpəri Abbasova

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM