Qırğızıstan “Putinin ittifaqı”na daxil oldu

13:18 | 12.08.2015
Qırğızıstan “Putinin ittifaqı”na daxil oldu

Qırğızıstan “Putinin ittifaqı”na daxil oldu

Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) birləşdirilməsi çərçivəsində Qazaxıstan respublikasının sərhəddində avqustun 12-də təntənəli şəkildə gömrük nəzarətinin postlarının götürülməsi mərasimi keçirilib, Oxu.Az TASS-a istinadən xəbər verir.

"Bu gündən Qırğızıstan Aİİ-nin üzv ölkələri kimi öz mallarını, xidmətlərini, kapital və işçi qüvvəsini sərbəst şəkildə hərəkət etdirə biləcək”, - qırğız hakimiyyətinin başçısı Temir Sariyev bildirib.  

Qırğızıstanın Aİİ-yə daxil olması barədə müqavilə keçən ilin dekabr ayında Ali Avrasiya İqtisadi Şuranın Moskvada keçirilən iclasında imzalanıb.

May ayının 22-də Qırğızıstan respublikanın tərkibinə artıq Rusiya, Belarus, Ermənistan və Qazaxıstanın daxil olduğu ittifaqa birləşdirilməsinə dair beynəlxalq müqavilələrin ratifikasiyasını başa çatdırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM