Qırğızıstanın yeni prezidenti and içdi

13:01 | 24.11.2017
Qırğızıstanın yeni prezidenti and içdi

Qırğızıstanın yeni prezidenti and içdi

Qırğızıstanın yeni seçilmiş prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, yeni prezident Bişkekdəki "Ala-Arça” dövlət iqamətgahında əlini Konstitusiyanın üzərinə qoyaraq and içib. 

Mərasimdə hökumətin və parlamentin üzvləri, mədəniyyət və incəsənət xadimləri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, Qırğızıstanda prezident 6 il müddətinə bir dəfə seçilir. O, həmçinin silahlı qüvvələrin Ali Baş Komandanıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM